Azərbaycan Avtomobil Federasiyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Klassik Avtomobil Sərgisi" keçiriləcək. Sərgidə müxtəlif illərin və ölkələrin istehsalı olan avtomobillər sərgilənəcək.
Sərgi avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaratmaqla yanaşı, həmçinin avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyır. Sərgi Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə də fərqlənəcək.
Qeyd edək ki, təşkil olunacaq sərgidə vətəndaşlar öz şəxsi klassik avtomobillərini də nümayiş etdirə bilər.